23 C
Baku
Saturday, April 20, 2024

Avtarkiya nədir?

Avtarkiya (Autarky) – digər dövlətlərlə mübadilənin minimuma endirildiyi qapalı iqtisadi sistemdir. Avtarkiya-dövlət özünə təminliyi nəzərdə tutmaqla, idxal olmadan daxili bazar üçün məhsul istehsalına əsas diqqət yönəldir. Bununla belə xarici məhsul dövriyyəsini azaldır. 

Bu sistem milli istehsalatın beynəlxalq ticarətin köməyi olmadan məhsul istehsal etməyə qadir olduğu bir vaxtda daim mövcuddur.

Qeyd etmək lazımdır ki, avtarkiya terminini mütləq olaraq iqtisadi anlayış kimi qəbul etmək lazım deyil. Çünki hərbi avtarkiya termini də mövcuddur ki, bu zaman bir dövlətin kənar yardımlar olmadan öz müstəqilliyini qorumağa qadir olması başa düşülür.

Avtarkiyanın əsas məqsədi dünya iqtisadiyyatının əlavəsi olmamaqdır. Avtarkiya siyasəti öz mahiyyəti etibarı ilə utopikdir və bü günkü günümüzdə qloballaşma prosesinin inkişafı səbəbindən demək olar ki, mümkün deyil.

Belə iqtisadi sistem hətta inkişaf etmiş və təbiət və digər resurslarla zəngin dövlətlər üçün belə mümkünsüzdür. Bu iqtisadi fəaliyyətə zərər yetirir və dövlətin iqtisadiyyatına sağalmaz yara vurur. Belə ki, sistem ölkənin elmi-texniki inkişaf, əhalinin rifahının yüksəlməsi, iqtisadi effektivlik yolunda mane yaradır.

Avtarkiya nümunələrinə tarixi nümunə olaraq SSRİ, Üçüncü reyx, Albaniya Xalq Sosialist Respublikası, Şimali Koreya və s.ni göstərmək olar.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər