14 C
Baku
Wednesday, November 20, 2024

Avto kreditlər ilə bağlı fırıldaqçılıq halları

Avto kreditlərin verilməsi ilə bağlı fırıldaqçılıq hallarının mövcudluğu heç kəs üçün sirr deyil. Ən çox yayılmış  fırıldaqlardan biri isə kreditin alınması üçün oğurlanmış və saxta sənədlərdən istifadə edilməsidir. Maşın bu yolla alındıqda, kredit fırıldaqçıları onu mümkün qədər tez bir şəkildə satmağa və ya ehtiyat hissələrinə ayırmağa çalışırlar. Onlar bunu, hətta kreditin ilk ödəniş vaxtının gəlib çatmasından da öncə edirlər.   

Ona görə də, əgər sizin şəxsiyyət vəsiqəniz itib və ya oğurlanıbsa, dərhal müvafiq hüquq mühafizə orqana müraciət edin.
Avto kreditlər ilə bağlı daha bir fırıldaqçılıq üsulu isə bu qaydada həyata keçirilir: avto kredit, şəxsiyyət vəsiqəsi və qeydiyyatı olan, adına heç bir kredit olmayan, formal bir şəxsin adına rəsmiləşdirilir.

Elə ki, avtomobil əldə edildi, cinayətkarlar aradan çıxır, borcalan rolunu oynayan formal şəxsi isə tapmaq elə də asan olmur, bəzən isə ümumiyyətlə bu, qeyri-mümkündür. Hətta tapsan da nə edəcəksən ki? Axı məhkəmə heç nəyi olmayan insandan heç nə müsadirə edə bilməz.

Bütün bunlarda fırıldaqçıların da zəhməti az deyil. Əsl (həqiqi) şəxsiyyət vəsiqəsindən istifadə etməklə və gəlirlər haqqında sənəd təqdim etməklə kələkbaz arzu etdiyi avtomobilə çox asanlıqla avto kredit ala bilir.  Maşın əldə etdikdən sonra o, dövlət yol polisinə yaxınlaşır və texniki pasportu itirdiyini bildirir. Ona yeni sənəd verirlər, bundan sonra o, dərhal öz avtomobilini satır. Adətən belə maşın, qanuni yolla alınandan daha ucuz qiymətə təklif olunur.

Kredit cinayətkarları müntəzəm olaraq öz fırıldaqçılıq üsullarını təkmilləşdirir. Məsələn, onlar maşınların üçüncü şəxs vasitəsi ilə satılmasını da fikirləşib, tapmışlar. Bu sövdədə son alıcı təmiz- vicdanlı hesab olunur, çünki o, avtomobili vasitəçidən, ikinci şəxsdən alıb. Belə halda günahsız alıcının əlindən maşını almaq və krediti onunla bağlamaq çətin olacaq.

Hal-hazırda hüquq-mühafizə orqanlarında avto kreditlər ilə bağlı saxtakarlıq və fırıldaqçılıq hallarını nəzərdə tutan çox saylı işlər araşdırılır. Bütün belə avtomobillərin sahibləri bildirirlər ki, onların fırıldaqçılarla heç bir əlaqəsi yoxdur, onlar hər şeydən xəbərsizdir, əlbirlikdən söhbət belə gedə bilməz. Banklar isə girov qoyulmuş mülkün geri qaytarılmasında təkid edirlər, bu zaman hazırda avtomobilin kimə məxsus olmasının onlar üçün heç bir fərqi yoxdur. Mövcud situasiyanı asan adlandırmaq olmaz və onun çözülməsi ilə məhz səlahiyyətli orqanlar məşğul olmalıdır.

Amma, artıq uzun müddətdir ki, kredit ödənişi həyata keçirməli olduğunuz barədə arayışın gəlməsi halı isə istənilən bir insanın başına gələ bilər. Belə bir situasiyaya düşdükdə, istənilən bir sənədin yoxa çıxması halında, ləngimədən polisə müraciət edin.

Fiziki şəxsdən avtomobil alarkən, satıcının, həmçinin də avtomobilin sənədlərini diqqətlə yoxlayın və ucuz qiymətə aldanmayın. Yaddan çıxarmayın ki, “xəsis iki dəfə xərcə düşər”.

Son xəbərlər
Digər xəbərlər