Avto sığorta – nələri əhatə edir

Sığortanın həyatımızda nə qədər əhəmiyyətli olmasına baxmayaraq, hələdə sığorta etdirməyin lazımsız olduğunu düşünənlər var.  Halbuki, həyatın , avtomobilin, əmlakın sığortalanması baş verəcək hadisələrin qabaqlanması deməkdir. Bu dəfə isə avto sığortanın nə qədər önəmli olmasını diqqətinizə çatdırmaq istərdik.

Ümumiyyətlə, avtomobilin sahibinin kimliyindən yəni fiziki və ya hüquqi şəxs olmasından asılı olaraq 2 fərqli qayda ilə sığorta məhsul tətbiq edilir.

Tam olaraq avto sığorta nələri əhatə edir?

Bildiyimiz kimi bir  neçə il öncə Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən  sığorta sektorunda fəaliyyət göstərən bütün şirkətlərin istifadə etməsi  üçün “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” üzrə qaydaları tətbiq olunmuşdur . Fiziki şəxslərin sahibliyində olan digər avtomobil növləri  və hüquqi şəxslərin sahibliyində olan bütün növ avtomobillərin sığortası üzrə isə sığorta şirkətləri  əvvəlki  kimi sərbəst qaydada məhsul qaydaları tətbiq edirlər.

Qeyd olunan dayda üzrə əsasən siz sığortalanarkən, köhnəlmə şərtini seçmişdirsə, hadisə zamanı dəyişilən hissələrə köhnəlmə tətbiq olunarkən avtomobilin qət etdiyi məsafəyə, mühərrik növünə hətta istifadə olunan yanacaq növünə və həcminə uyğun köhnəlmə faizi tapılır.  Onu da qeyd edək ki, köhnəlmə faizi 50%-dən çox olmamaqla tətbiq edilir.

Fiziki şəxslər üzrə avtomobillərinin sığortalanması üzrə qanun bizə onu da göstərir ki,sığortalı yəni siz eyni zamanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortasını,  sürücü və sərnişinlərin fərdi qəza sığortasını da əldə edə bilər.

avtoinsur

Kreditdə olan avtomobil hansı hadisələrdən sığortalanır? Ümumiyyətlə avtomobildən hansısa əşya oğurlanarsa sığorta ödənilirmi?

Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortasının qaydalarına əsasən avtonəqliyyat vasitələrinin sığortası  təminatına daxildir:

avtonəqliyyat hadisəsi – avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələr;

atılmış və ya düşmüş əşya – avtomobilin hissələrinə zərər vurmadan rəng örtüyünün nöqtələr şəklində zədələnməsi halı istisna olmaqla, avtomobilin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi;

üçüncü şəxsin qanunazidd hərəkəti;

oğurluq, quldurluq, qaçırma və soyğunçuluq;

yanğın və partlayış a) yanğın – alovlanma mənbəyindən asılı olmayaraq maddi ziyan vuran yanma, o cümlədən yüksək temperaturun, yanğın məhsullarının, eləcə də yanğının söndürülməsi üçün istifadə olunmuş su, köpük və digər vasitələrin təsiri, habelə yanğının birbaşa təsiri; b) partlayış – qazların genişlənməyə meylliliyi nəticəsində böyük həcmdə enerjinin qısa müddət ərzində məhdud ölçülü məkandan sürətlə çıxaraq azad olması prosesi;

təbii fəlakət – sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr;

heyvanların hərəkəti avtomobilin salonuna vurulan zərərlər istisna olmaqla, heyvanların və quşların hərəkəti.

Yuxarıda adıçəkilən 2 avtonəqliyyat vasitəsi sığortası qaydasının arasında əsas fərqlərdən biri hadisə zamanı dəyişilən hissələrə tətbiq olunan köhnəlmə faizinin hesablanması formasıdır.

 Belə ki, fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə qanunda da qeyd olunduğu kimi,  əsasən avtomobilin dərman qutusunun, qəza dayanacağı işarəsinin, istehsalçı zavod tərəfindən quraşdırılmamış cihazlarının, həmçinin qeydiyyat nişanının oğurlanması, zədələnməsi və ya məhv olması sığorta təminatına daxil deyil- yəni avtomobildən hansısa əşya oğurlanarsa sığortalı bu əşyalar üzrə sığorta ödənişi almayacaqdır.

Ümumiyyətlə, avtomobil  istifadəyə yararlıdırsa, sığortalana bilər. Bəs hansı hallarda sığorta ödənilmir?

Sığorta ödənişindən imtina  halları vardır ki, bunlardan bəziləri də aşağıda qeyd olunub.

  • avtomobilin sığortalanma haqqında ərizədə sorğu əsasında göstərilmiş məqsədlərdən fərqli məqsədlər üçün istifadə edilməsi, habelə təyinatı üzrə istifadə edilməməsi;
  • sürücünün avtomobili alkoqolun, narkotik vasitələrin, psixotrop, toksik və güclü təsir göstərən digər maddələrin təsirindən sərxoş vəziyyətdə olmaqla idarə etməsi;
  • dövlət orqanları tərəfindən avtonəqliyyat vasitəsinin daşınması, saxlanması və ya məhv edilməsi;
  • avtomobilin sığorta ərazisindən kənarda istismar olunması və s.

 Sığorta haqqı hansı meyarlara əsasən  (avtomobilin qiyməti, ili, markası) müəyyən edilir? Məbləğdən asılı olaraq sığorta haqqı neçə faizdir?

Sığorta haqqı  avtomobilin istifadə tərzinə-məqsədinə, sürücünün cinsinə, yaşına və sürücülük   təcrübəsinə, sığorta ərazisi, avtomobilin qiyməti, azadolmanın məbləği və seçilmiş sığorta    təminatlarına və s. meyyarlara əsasən muəyyən olunur.  Bu meyyarlar şirkətdən- şirkətə dəyişə,    artırıla, azaldıla bilər. Yuxarıda sadalananalar minimumlardır.

Sığorta tarifləri konfidensial məlumat olduğundan ümumi şəkildə deyə bilərəm ki, tarif 2,5-5%  arasında dəyişir.

Bu məqaləni yazmaqla onu bildirmək istərdik ki, sığortanın heç nə olduğunu düşünüb laqeyd yanaşmayın. Həyatınız dəyərli  olduğu qədər onu sığorta etmək də bir o qədər  vacibdir. Çünki zamanı geri çəkmək mümkün olmadığı kimi , pis hadisə baş verdiyi zaman da hadisələri dəyişmək qeyri-mümkündür.

Məqalənin hazırlanmasında dəstək olan Başak –İnam Sığortanın əməkdaşlarına xüsusi təşəkkürlər. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.