2025-ci ilin yanvar-avqust aylarında ölkəyə 68 295 ədəd minik avtomobili, 5 369 ədəd yük avtomobili, 478 ədəd avtobus idxal olunub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin 8 ayında Azərbaycana ümumilikdə 43 milyon 239 min dollar məbləğində avtobus idxal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3 dəfə çoxdur.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə gətirilən avtobuslarda 2.9 dəfə artım olub.








