10 C
Baku
Friday, December 13, 2024

Avtobus zolaqlarında hərəkət edən sürücülərin nəzərinə: Görüntülər ictimailəşdiriləcək

Bir çox minik avtomobili sürücüləri avtobus zolaqlarının tələbinə riayət etmirlər. Bu kimi hallara daha çox Q.Qarayev, Babək və M.Useynov prospektlərində, eləcə də M.Hadi, M.Füzuli, Y.Səfərov, Ə.Rəcəbli küçələrində rast gəlinir”. Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən avtobusların hərəkətində ləngimə yaranır: “Bu xətalar səbəbindən avtobusların hərəkət qrafikində ləngimələr yaranır. Nəticədə dayanacaqlarda və avtobuslarda sərnişin sıxlıqları yaranır. İctimai nəqliyyat istifadəçilərinə əlavə çətinlik yaradan minik avtomobili sürücülərinin ictimai qınağa çəkilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi aksiyaya başlayıb. Bu çərçivədə avtobus zolağının tələbinin pozulmasına dair müşahidə kameraları vasitəsilə qeydə alınan görüntülər ictimailəşdirilir. İctimai qınaq obyektinə çevrilməmək üçün sürücülər avtobus zolağının tələbinə riayət etməli, ictimai nəqliyyatın üstünlüyünə anlayışla yanaşmalıdırlar. Avtobus zolağının tələbinin pozulması inzibati məsuliyyət yaratmaqla yanaşı həm də avtobusla hərəkət edən sərnişinlərə qarşı etinasızlıqdır.

Müntəzəm marşrut xətləri üzrə avtobusların rahat və maneəsiz hərəkətinin təmin edilməsi, gündəlik səfər sayı iki milyon iki yüz min olan ictimai nəqliyyat istifadəçilərin təyinat nöqtəsinə əlavə vaxt itkisi, əsəsb və stress olmadan çatması baxımından avtobus zolaqlarının mövcudluğu mühüm əhəmiyyət kəsb edir.

Son xəbərlər
Digər xəbərlər