13 C
Baku
Saturday, November 23, 2024

Avtobuslarda gediş haqqı artırılır? – Tarif Şurasından açıqlama

“Hazırda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi gündəmdə deyil”.

Bu barədə Tarif Şurasından cavab olaraq, gediş haqlarının qaldırılacağı ilə bağlı məlumatlara aydınlıq gətirilərkən bildirilib.

Rəsmi məlumata görə, gediş haqlarının artırılması gündəmdə olmadığı üçün bu barədə müzakirə aparılmır.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin avtobuslarda gediş haqqının artırılması məqsədilə Tarif Şurasına müraciət etməsi barədə məlumatlar yayılıb. Gediş haqqının 70 qəpiyədək qaldırılacağı iddia olunub.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər