“Avtolüks Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 17 000 000 manat məbləğdən 500 000 manat məbləğə azaldığını elan edir.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 16 500 000 min manat azaldılıb.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z.Nudirəliyev küçəsi 8 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Avtolüks Azərbaycan” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Azər Cəlilovdur.






