Məhkəmə Dövlət Gömrük Komitəsinin (DGK) “Avtolüks Azərbaycan” MMC-yə qarşı cəriməsini təmin edib.
Banker.az xəbər verir ki, DGK-nin idarəsi “Avtolüks Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə cərimə protokolu tərtib etmişdi.
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində Xalidə Əlisoyun sədrliyi ilə baxılan işdə hakim inzibati tənbehin tətbiqi ilə bağlı qərar qəbul edib.
İXM-nin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə – inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
“Az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
Xatırladaq ki, Avtolüks Azərbaycan MMC dünyaca tanınmış 9 brendin: Land Rover, Jaguar, Dodge, Jeep, Crysler, Abarth, Alfa Romeo, Fiat, Fiat Professional-ın Azərbaycandakı rəsmi distributorudur