5 C
Baku
Saturday, December 14, 2024

“Avtolux Azerbaijan” LLC üç vəzifə üzrə vakansiya elan edir

Vakansiya 1 – Ferrari Baku” üçün Satış Təmsilçisi (Avto satış üzrə)

Namizədə olan tələblər:

1. 3 il müvafiq sahədə iş təcrübəsi ;
2. Ali təhsil;
3. Rus-dili biliyi ;
4. İngilis-dili biliyi(üstünlük verilir);
5. Yaş həddi 22-35 ;

Vəzifə öhdəlikləri:

1.Müştəriləri gülərüzlə qarşılamaq, onlara salonda  olan avtomobillər, xidmətlər və kampaniyalar haqqında ətraflı məlumat vermək;
2. Salona daxil olan hər bir müştəriyə özəl xidmət göstərərək satış prosesinə uyğun avtomobillər haqqında tam, hərtərəfli məlumatlar vermək, məsləhətlər verərək müştəri üçün uyğun olan məhsulun satılmasına nail olmaq;
3.Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflər çatmaq üçün təkliflər vermək, yeni müştəriləri cəlb etmək;
4.Müştərinin avtomobil ilə əlaqədar suallarını ətraflı cavablandırmaq üçün təşkil edilən təlimlərdə aktiv iştirak edərək, verilən təlimatları öyrənərək özünü inkişaf etdirmək, avtomobil biliyini və satış texnikasını tam mənimsəmək;
5.Müştəri ehtiyaclarını öyrənmək, bazarda olan prosesləri izləmək, müştəridən gələn informasiyaları toplamaq, təhlil etmək və təkliflər vermək;


Vakansiya 2 – “Ferrari Store”a Satıcı

İş vaxtı qrafik üzrə müəyyən olunur:

Namizədə olan tələblər:

• Satış bacarığı;
• 2 il müvafiq sahədə iş təcrübəsi ;
• Rus-dili biliyi ;
• İngilis-dili bilənlərə üstünlük verilə bilər;
• Sosial tədbirlərdə aktiv;
• Komandada işləmə bacarığı;
• Punktual;
• Etik davranış qaydalarına riayət etmək;
• Kompyuter biliklərinin olması arzu olunandır;
• Yaş həddi 18-27;
• Gülər üz xanım və kişilər;

Vəzifə öhdəlikləri:

• Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək
• Məhsulları təqdim  etmək
• Müştərinin məhsul seçimi üçün optimal şərait yaratmaq
• Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq
• Sifariş üzrə mağazaya daxil olan malı nəzərdən keçirmək, sayimini yoxlamaq
• Təsdiq olunmuş qiymət kağızlarını məhsulların üzərinə yerləşdirmək
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq
• Xüsusi ayrılmış geyim formasında olmaq
• Təsdiqlənmiş  qrafik əsasında vaxtında iş başında olmaq
• Müdiriyyətin tapşırıqlarının vaxtında və səlis yerinə yetirmək

Vakansiya 3 – Korporativ Satış Təmsilçisi

İş vaxtı qrafik üzrə müəyyən olunur:

Namizədə olan tələblər:

– Ali təhsil
– Korporativ mühitlə əlaqədar minimum 3 il iş təcrubəsi;
– Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
– Vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
– MS Office ilə qabaqcıl istifadə bacarıqları;
– Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dili  yaxşı bilməli
– Ünsiyyətcil, səlist və aydın danışıq qabiliyyətinin olması
– Təqdimat bacarığının olması;
– Yaş: 22-35;

Vəzifə öhdəlikləri:

Bazarın təhlili, araşdırmaların aparılması
Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması
Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması
Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi
Rəqib şirkətlərin bazar payının öyrənilməsi, araşdırılması və analizin aparılması
Ziyarət nəticələrinin izlənilməsi
Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması.
Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə     edilməsi və rəhbərliyə bildirilməsi

Email : [email protected]

Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

Son xəbərlər
Digər xəbərlər