13 C
Baku
Friday, November 22, 2024

Avtomatik elektron qaiməni təsdiqlənməsi sahibkarları vergi riskinin iştirakçısına çevirir

Azərbaycan Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən əgər mal alan elektron qaiməni 5 gün ərzində təsdiq etmirsə, o avtomatik təsdiq olunmuş sayılır. Bu isə bəzi narazılıqlara yol açır.

Misal-1 “A” MMC “B” MMC-dən 10 000 manatlıq mal alır. 10 000 manatlıq mal üçün elektron qaimə göndərir. 5 gündən sonra qarşı tərəf qaimə ilə bağlı narazılığın bildirmirsə bu avtomatik təsdiq olunmuş sayılır. Narazılıqlarla bağlı bu misalda bir haşiyə çıxaq.
  1. Bəzi sahibkarlar qeyd edillər ki, bu məsələdə asan imza tədbiq olunsa daha yaxşı olar. Yəni asan imza qarşı tərəf qaiməni təsdiq edən də, əməliyyatın sonun tamamlanmasını göstərir. Bu isə vergi orqanı ilə bağlı əlavə mübahisələrin qarşısını alır. Əlavə mübahisə deyəndə, vergi orqanı sahibkarların aralarında yaranan problemin özlərinin arasında həll edilməsini tövsiyə edir. Sahibkar isə qeyd edir ki, 5 gün məsələsi riskli vergi ödəyicisi siyahısını genişləndirir və bu baxımdan da, kiminsə təmbəlliyindən, işə səthi yanaşmasından digər tərəf əziyyət çəkir.
  2. İkinci hall 5 gün məsələsində müddətin tətbiq olunmaması qeyd olunur. Yəni qarşı tərəf 5 günə qaiməni təsdiq etmirsə o avtomatik qəbul yox, ləğv olunsun ideyalarından çıxış edənlər var.
  3. Üçüncü hall olan sahibkarlar 5 gün məsələsini düzgün olduğunu qeyd edirlər. Çünki belə olan halda, gündəlik onlayn karguzarlıq yoxlanılmalıdı, bunu yoxlamayanları əslində məsuliyyətin artırmaq üçün əlavə tədbirlər görülməsini daha məqsədə uyğun sayıllar. Sahibkar bilir ki, 5 gün vaxtı var. 5 günə bu işi görməlidir. Amma burada bir məqam var. Ola bilər sistemdə xətta baş versin və müddət ötürülsün. Bunun sübutu üçün əlavə vaxta, günlərə ehtiyac var. Təsadüfi deyil ki, çox zaman mübahisələnmə məsələsində sahibkar daha çox ziyana düşür. Çünki Vergi Məcəlləsində hələ də, daha çox səlahiyyət üstünlü orqan tərəfindədir. Ümid edirəm ki, orqan bu məsələni təhlil edəcək və yaxın zamanda bu çətinlik aradan qaldırılacaq.
İqtisadçı-ekspert Rauf Qarayev. 
Son xəbərlər
Digər xəbərlər