Avtomobil bazarında durğunluq yaşanır. Qiymətlərdə isə artım var.
Bahalaşma əsasən buraxılış ili 2010-cu ildən sonra olan nəqliyyat vasitələrində daha çox hiss olunur.
Müştərilər avtomobil almağın çətin olduğunu deyirlər. Onlar mövcud qiymətlərin münasib olmadığı qənaətindədirlər.
Satıcılar isə deyirlər ki, qarşıdakı aylarda qiymətlərin enəcəyi gözlənilmir.