9 C
Baku
Wednesday, November 13, 2024

Avtomobil istehsalçıları karantinə baxmayaraq Avropada istehsalı bərpa edirlər

Avtomobil istehsalçıları karantin rejiminin bitməsini gözləməyib Avropadakı zavodlarını açırlar. “Volkswagen”, “Renault” və “Hyundai” markalarının bəzi müəssisələri artıq işə başlayıblar.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Koronavirus pandemiyası ilə əlaqəli məhdudiyyətlər səbəbindən avtomobil istehsalçıları satışların azalması problemi ilə qarşılaşacaqlar. “Bloomberg” in analitiki Maykl Din bildirir ki, 2020-ci ildə avtomobil bazarında satışlar 3 milyon ədədə qədər düşə bilər. Belə olduğu halda avtomobil şirkətlərinin itkisi təxminən 60 milyard avro (66 milyard dollar) təşkil edəcək.

Çərşənbə günü (15 aprel) Almaniya kansleri Angela Merkel ölkədə məhdudiyyətlərin aradan qaldırılması üçün mümkün addımloarı müzakirə edəcək. Bu danışıqlar, “Daimler” və “BMW” kimi avtomobil nəhənglərinin fabriklərində istehsalın bərpası vaxtına təsir edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər