İnsanlar kreditə götürdükləri avtomobil kreditini ödəyə bilmədiyindən, avtomobili məcbur olaraq daha az ilkin ödənişlə başqa şəxslərə satırlar. Səbəb isə bank vətəndaşı məcbur edir ki, indiki məzənnə ilə ödəməlisən. Vətəndaşda deyir mən ödəyirdim 300 dollar (235 manat) indi isə ödəniş 460 manatdır. Bu zaman bankın təzyiqi ilə vətəndaş başqa bir şəxsə (kredit dollarla olduğu üçün) az ilkin ödənişlə, çox ziyanla avtomobili satır.
Bu kimi avtomobilləridə əsasən maşın alverçiləri ələ keçirdir və daha çox ilkin ödənişlə başqa şəxsi aldadaraq avtomobili satırlar. (Banklarda olan problemli kreditlər şöbəsi çox zamanlarda bu kimi alverçilərlə əlbir olurlar)
Necə aldadırlar?
Avtomobil kreditinin 7500 dollar ödənişi, 30 ayı qalıb, aylıq ödənişdə 300 dollardır. Maşını satan zaman isə onlar kreditin manatda olduğunu və az məbləğ qaldığını bildirirlər. Maşını alan şəxsə isə, sonra bank zəng edib ödənişi tələb edir, vətəndaş isə surprizlə üzləşir. Burda vətəndaşda da səhf budur ki, vətəndaş maşını almadan öncə bankla əlaqə saxlayaraq kredit barədə məlumat almır.
Maşın alverçiləri aşağı ödənişlə aldıqları maşından gəlir kimidə istifadə edirlər. Onlar aylarla krediti ödəmirlər, maşını isə arendaya verərək gəlir əldə edirlər. Gecikmə isə maşının əsas sahibinə yazıldığından onlar narahat olmurlar.
Bu insan ödəniş edə bilmədiyindən məcbur olaraq bank maşını ucuz qiymətə satdırıb. Bu azmış kimi, hələ banklar vətəndaşı sıxışdırırlar.
Qanunla isə bank özü avtomobili məhkəmə yolu ilə maşını hazırda sürən şəxsdən almalıdır.
Bu kimi vəziyyətlərdən də maşın alverçiləri yaxşı istifadə edirlər.
Avtomobilin rahat izini itirirlər:
Maşın alverçiləri tez-tez bir birlərinin adına maşını keçirərək və sonda hansısa bir rayon adamın adına avtomobili keçirdərək iz itirirlər. Səbəb isə bank zəng edir ödənişi ödə, deyirlər bir neçə gün vaxt verin ödəyəcəyik. Bank yenidən zəng edir deyir ki, maşını satdım başqasına. Bank digərini tapır və bu prosesdə digərləri kimi davam edir. Beləcə aylarla bu insanlar fırıldaqla bu maşından böyük gəlir əldə edirlər.
Bank isə bu zaman onları tapmaqda çətinlik çəkir və ya indiki zamanda məhkəməyə xərc çəkib onları tapmaq marağında deyillər.
Bu kimi qrupları (cinayətkarları) hüquq mühafizə orqanları zərərsizləşdirə bilər ancaq. Çox təəssüflər olsun ki, bir neçə qrup heç polisdən belə qorxmadan bu addımları atırlar. Məsələn: Avtomobil sahibi etibarnaməni ləğv edib və Respublika Yol Polisinədə avtomobilin duracağa qoyulması xahişi ilə ərizə yazıb. Amma buna baxmayaraq etibarnaməsi ləğv edilmiş (oğurluq) avtomobil rahat şəhərdə sürülür.
Bu kimi hallar hüquq pozuntusudur. Kimisə aldadaraq asan yolla yüksək gəlir əldə etmək, əmlakını ələ keçirmək və ondan yararlanmaq əsil cinayətdir. İnanırıq Hüquq Mühafizə Orqanları tərəfindən, bu kimi qruplaşma edən maşın alverçiləri qısa zamanda zərərsizləşdiriləcək.
Davamı olacaq……….
Azər Əliyev