15 C
Baku
Tuesday, May 14, 2024

Avtomobil parkımızda Çin markaları sürətlə artır – İdxal 3 dəfə artıb!

Çin markaları sayı Azərbaycanın avtomobil parkında ilbəil və sürətlə artmaqdadır.

Banker.az xəbər verir ki, 2023-cü ilin ilk yarımilində Azərbaycan Çindən 3 576 ədəd minik avtomobili alıb. Bu da 2022-ci ildə 1 183 ədəd olduğunu nəzərə alsaq, illik 3 dəfə və ya 202% artımdır. Azərbaycan 2022-ci ilin 12 ayı ərzində bu ölkədən 2 888 ədəd minik avtomobili idxal etmişdi.

İlk yarımildə Azərbaycandan Çinə minik avtomobillərinə görə $86.6 milyon valyuta axıb.

Son illərdə Çinin avtomobil sənayesinin sürətlə inkişafı və qiymətlərin Avropa və Amerika ölkələrindən yerli əhali üçün bir qədər əlverişli olması Azərbaycan bazarına da təsir edib. Çin avtomobilləri son il ərzində yerli sürücülərin etibarını qazana bilib.

33243243434234234242343244

2023-cü ilin əvvəlinə olan məlumata görə, minik avtomobillərinin sayı 10 560 ədəd təşkil edib. Məlumatı Dövlət Statistika Komitəsi vermişdi. Çinin ən populyar 10 brendi artıq ölkənin avtomobil parkında sürülməkdədir. Cari ilin əvvəlinə plan məlumata görə ən sürülən avtomobil markaları bunlardır: 3 124 ədədi “Changan”, 1 575 ədədi “Haval”, 1 552 ədədi “Geely” və 1 180 ədədi “Baic”dir.

Cari ilin ilk 6 ayında aparılan statistikaya əsasən, ölkəyə Çindən əsasən mühərrik həcmi 1000-1500 kub-sm olan minik avtomobilləri idxal edilib: 1 244 ədəd. Bununla belə, hibrid mühərrikli avtomobillər və eləcə də elektrik avtomobillərinin bu ölkədən idxalı sürətlənib. Bununla bağlı yuxarıdakı cədvəldə tanış olmaq mümkündür.

İlin ilk 6 ayında ölkəyə cəmi 1 124 “e-car”lar idxal edilib, bunun da 901 ədədi Çindən gətirilib.

Azərbaycanda Çin istehsalı olan minik avtomobilləri, 1 yanvar 2023
Adı Ədəd
Changan 3124
Haval 1575
Geely 1552
Baic 1180
BYD 929
Great Wall 876
FAW 727
GAC 315
Dong Feng 282
CƏMİ 10 560

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər