13 C
Baku
Saturday, November 2, 2024

Avtomobil qiymətlərində enmə müşahidə olunur

“Rusiyada müşahidə edilən iqtisadi durğunluq və eləcə də milli valyutanın dəyər itirməsi avtomobil idxalı ilə məşğul olan Azərbaycan iş adamlarının fəaliyyətinə müsbət təsir göstərməkdədir”.

Bu açıqlama ilə iqtisadçı ekspert Vüqar Bayramov çıxış edib. Ekspert Rusiyada rublun məzənnəsinin dövrü valyutalara, o cümlədən manata nisbətən aşağı düşməsinin qonşu ölkədə nəinki istehsal edilən, o cümlədən başqa dövlətlərdən bir müddət öncə idxal edilən və satışa çıxarılan malların qiymətinin dollar ifadəsində azalmasına səbəb olduğunu bildirib:

“Rusiyada yerli və işlənmiş xarici avtomobillərin də qiymətlərində azalmalar qeydə alınır. Bu fürsətdən isə nəinki yerli iş adamları, eləcə də avtomobilə tələbatı olan vətəndaşlarımız da faydalanmaqdadırlar. Rusiyada istehsal edilən avtomobillər rublla satıldığı üçün dollar və manata nisbətən hesablandıqda bu avtomobillərin dəyəri aşağı düşməyə davam edir.

Artıq Rusiyadan gətirilən və Avro-4 standardlarına cavab verən avtomobillərin Azərbaycan bazarında qiymətlərinin aşağı düşməsi müşahidə edilir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin son bir ayda apardığı monitorinq göstərir ki, sözügedən mənşəli avtomobillərin qiymətində 7 faizə yaxın azalma qeydə alınıb. Son dövrlər rublun məzənnəsinin aşağı düşməsi Rusiyadan avtomobil gətirənlərin sayını da artırdığı üçün avtomobillərin qiymətlərinin daha da ucuzlaşmasını gözləmək olar”.

Axar.az

Son xəbərlər
Digər xəbərlər