Avtomobil satan şirkət “AtaSığorta”nı məhkəməyə verib

Azərbaycanda Çin istehsalı olan avtomobil markalarınının satışını həyata keçirən “Sirena” MMC Bakı Kommersiya Məhkəməsinə sığorta şirkəti ilə bağlı müraciət edib.

Banker.az bildirir ki, haqqında məhkəməyə müraciət edilən “AtaSığorta” ASC-dir.

Mübahisənin predmeti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, daha dəqiq “sığorta müqaviləsi” üzrə olub. İş hazırda BKM tərəfindən icraata götürülüb.

Qeyd edək ki, “Sirena” MMC bundan öncə isə “Günay Sığorta” ilə oxşar məsələyə görə məhkəməyə müraciət etmişdi.