24 C
Baku
Thursday, June 30, 2022

Avtomobil sığortası üzrə ödənişlər yığımlardan daha sürətlə artır

Azərbaycanda 2020-ci ilin ilk 10 ayında avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta haqqları 32 435.7 min manat, sığorta ödənişləri isə 12 508.1 min manat olub.

Banker.az-ın Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi statistikaya əsasən apardığı hesablamalarına görə, bu göstəricilərdə 2020-ci ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 1.5% və 18.5%, 2019-cu ilin analoji dövrü ilə müqayisədə isə müvafiq olaraq 12% və 19% artım müşahidə olunur.

Cari ilin yanvar-oktyabr aylarında avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə sığorta haqqlarının həcmi illik müqayisədə 12.6% azalaraq 1 234.2 min manat, sığorta ödənişlərinin həcmi isə 766% artaraq 251.9 min manat olub.

Qeyd olunan dövrdə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə cari ilin ilk 10 ayında 83 251.9 min manat (+5.7%) sığorta haqqları, 59 946.4 min manat (+27.5%) sığorta ödənişləri olub.

Son xəbərlər
Oxşar xəbərlər