Avtomobil şirkəti “Gilan”a yaxın şirkət barəsində kommersiya məhkəməsinə müraciət edib

“Grand Motors” MMC “Gilan Holdinq” MMC-yə yaxın olan şirkət barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Haqqında müraciət edilən şirkət isə “Gilan Dairy Farms” MMC-dir.

Müraciətin səbəbi isə alqı-satqı müqaviləsindən əmələ gələn mübahisədir.

Lakin, BKM-ə edilən müraciətdə müqavilənin nədən bəhs edildiyi tam açıqlanmır.

Qeyd edək ki, “Gilan Dairy Farms” MMC 2015-ci ildə təsis edilib, 100 manat nizamnamə kapitalı var. Şirkətə qanuni təmsilçiliyi Abdulqafur Qurbanov Abdulrəhman oğlu edir.