“Grand Motors” MMC “Gilan Holdinq” MMC-yə yaxın olan şirkət barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Haqqında müraciət edilən şirkət isə “Gilan Dairy Farms” MMC-dir.
Müraciətin səbəbi isə alqı-satqı müqaviləsindən əmələ gələn mübahisədir.
Lakin, BKM-ə edilən müraciətdə müqavilənin nədən bəhs edildiyi tam açıqlanmır.
Qeyd edək ki, “Gilan Dairy Farms” MMC 2015-ci ildə təsis edilib, 100 manat nizamnamə kapitalı var. Şirkətə qanuni təmsilçiliyi Abdulqafur Qurbanov Abdulrəhman oğlu edir.