-3 C
Baku
Sunday, December 15, 2024

Avtomobil Yolları Dövlət Agentliyinə 13,5 mln. pul ayrıldı – Bu işin icrası üçün!

Azərbaycan Prezidenti İlham Əliyev 64 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Xocəsən–Lökbatan avtomobil yolunun 0–11-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə pul ayırıb.

Banker.az xəbər verir ki, sərəncam bu gün, yəni, 27 iyun 2019-cu il tarixdə imzalanıb.

Sərəncama görə, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,5 milyon (on üç milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər
Digər xəbərlər