Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin publik hüquqi şəxs “3№-li magistral yolların istismarı” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, qurumun vergi borcu 3 842 062.30 manatdır. Bu vergi borcu 10.05.2023-cü il tarixinə olan məlumatdır.
Qeyd edək ki, “3№-li magistral yolların istismarı” MMC 2016-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 200 020 manatdır və qanuni təmsilçisi Anar Süleymanovdur.