14 C
Baku
Saturday, November 23, 2024

Avtomobil Yolları Dövlət Agentliyinin gəlirləri və xərcləri bərabər olub

2022 -ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin gəlir və xərcləri eyni səviyyədə olub. Gəlirləri və xərcləri 4 080.377 milyon manat olub. (əvvəlki il ilə müqayisədə 2 dəfə çox)

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

AAYDA-nin 2022-ci ildə material xərcləri 1 015.643 milyon manat, inzibati xərcləri 119.71 milyon manat, sair əməliyyat xərcləri isə 2 945.024 milyon manat təşkil edib.

Ötən il AAYDA-nin aktivləri 7 397.103 milyon manat, öhdəlikləri 356.05 milyon manat, balans kapitalı isə 27 041.053 milyon manat olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.

a1 2 a2 1

 

Son xəbərlər
Digər xəbərlər