“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi”nin 3.1.22-ci yarımbəndi ləğv edilsin.
Həmin bənddə qeyd edilir,
“3.1.22. avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, cari, orta və əsaslı təmiri, yenidən qurulması işlərinin yerinə yetirilməsi üçün lisenziya tələb olunduqda, həmin işləri lisenziya alınmadan yerinə yetirir”