Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna ayırmalar 13.6 milyon manat və yaxud 3.9 % artırılır.
Bu, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, Fondun büdcəsinin 363.02 milyon manata çatdırılması nəzərdə tutulub.