12 C
Baku
Sunday, November 17, 2024

“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaiti nəyə sərf olunacaq?

2023-cü ildə dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri və
xərcləri bərabər olmaqla 330,0 milyon manat məbləğində proqnozlaşdırılıb.

Banker.az bu barədə Maliyyə Nazirliyinin 2023-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatına istinadən xəbər verir.

Təqdimatda qeyd olunur ki, həmin vəsaitin 135,9 milyon manatı yol vergisinin, 6,0 milyon manatı mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş verginin, 150,1 milyon manatı idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlərin və gömrük rüsumunun, 38,0 milyon manatı Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi və nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi ilə bağlı ödənilən dövlət rüsumunun payına düşəcək.

Fondun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarına sərf edilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər