Avtomobilin cərimə meydançasına yerləşdirilməsinə görə bu qədər pul ödəniləcək

Daxili İşlər Nazirliyinin (DİN) balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği təsdiqlənib.

Bununla bağlı DİN-in kollegiyası qərar qəbul edib.

Sıra

№-si

 

Adı

 

Ölçü vahidi

Haqqın məbləğı (manatla, ƏDV daxil)
1. Nəqliyyat vasitələrinin təxliyə avtomobilləri ilə duracaqlara gətirilməsi ədəd*reys 30
2. Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması    
 

2.1.

Kütləsi 3,5 tona qədər olan (3,5 ton daxil olmaqla) 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq ədəd*gün  

2

 

2.2.

Kütləsi 3,5 tondan 10 tona qədər olduqda (10 ton daxil olmaqla) 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq ədəd*gün  

3

 

2.3.

Kütləsi 10 tondan yuxarı olan 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq ədəd*gün  

5

 

Qeyd 1. Qoşqulu nəqliyyat vasitəsinin duracaqda saxlanılmasına görə həmin nəqliyyat vasitəsi üçün müəyyən edilmiş haqqın 50%-i miqdarında əlavə haqq hesablanır.

Qeyd 2. Mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər