28 C
Baku
Saturday, July 27, 2024

Avtomobilin icarə haqqından ödəmə mənbəyində vergi nə qədər tutulur?

Fiziki şəxs digər şəxslərə icarəyə avtomobil verərsə, qanunvericiliyə görə icarə haqqının neçə faizi vergiyə cəlb olunacaq?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən mənbənin sualına cavab olaraq bildirilib ki, fiziki şəxslərə məxsus daşınan əmlakın, o cümlədən də avtomobilin icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, icarəyə verən vergi uçotuna dayanaraq, 14 faiz dərəcə ilə vergini özü ödəyir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər