8 C
Baku
Sunday, December 1, 2024

Avtomobilin maliyyə lizinqini həyata keçirən şirkətə yenədən “maya” qoyulur

Minik avtomobillərinin maliyyə lizinq xidmətini həyata keçirən “Legion Financial” MMC-nin nizamnamə kapitalı bir qədər də yüksəlib.

Banker.az xəbər verir ki, iyundakı 95 min manatın ardından, avqustda daha 55 min manat artırmaqla nizamnamə kapitalını 2 milyon 55 min manata çatdırılıb. Son iki ayda şirkətin ümumilikdə nizamnamə kapitalı 150 min manat artırılıb.

Qeyd edək ki, bu şirkət Azərbaycanın fond bazarına maliyyə cəlbi üçün baş vurduqdan sonra populyarlaşmağa başlayıb.

Şirkət 2023-cü ilin 12 iyununda dövriyyəyə 500 min manat həcmində istiqraz buraxmışdı. Həmin istiqrazlar 5 il üçün buraxılıb və illik 15%-lik gəlirlilik təklif edir. Ölkənin fond birjasında ən böyük gəlirlilik təklif edən istiqrazdır. Şirkətin istiqrazları üçün 8 investor müştəri çıxmışdı. Həmin investorlardan biri ümumi paketin 245 min manatını əldə edib.

Lizinq şirkəti 2020-ci ildə yaradıb, minik avtomobillərinin maliyyə lizinq xidmətini həyata keçirir. Şirkətin nizamnamə kapitalında payı olan şəxslər: İsmayılov Turan Mübariz oğlu (48.79%), Süleymanlı Rahim Rəhman oğlu (34.98%) və Soltanov Rövşən Rafiq oğludur (15.61%).

Son xəbərlər
Digər xəbərlər