13 C
Baku
Friday, April 26, 2024

Avtomobillərin icarəsi ilə məşğul olan şirkət 8400$ cərimələnib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Aznur” MMC-nin inzibati qaydada cərimələnməsi üçün protokol tərtib edib.

Report agentliyinin xəbərinə görə, Yasamal Rayon Məhkəməsi protokola əsasən, şirkəti 8400 ABŞ dolları cərimələyib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qərarından MMC-nin nümayəndəsi Ziya Bağırzadənin şikayəti Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

2002-ci ildə nəqliyyat şirkəti kimi təsis edilən “Aznur” 2007-ci ildən avtomobillərin icarəsi üzrə fəaliyyət göstərir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər