12 C
Baku
Cümə, Dekabr 3, 2021

Avtomobillərin könüllü sığortası azalıb

2021-ci ilin 9 ayında avtomobillərin könüllü sığortası ürə hesablanmış sığorta haqları azalıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr aylarında avtonəqliyyat vasitələrinin sığortası üzrə 29 milyon 253  min manatlıq sığorta haqları hesablanıb. Bu, 2020-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 0.04% azdır.

2020-ci ilin yanvar-sentyabr  dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 29 milyon 265 min manat sığorta haqları hesablanmışdı.

Avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər isə 2020-ci ilin ilk 9 ayında 9 milyon 637 min manatdan 2021-ci ilin ilk 9 ayına 11 milyon 161 min manata yüksəlib.

Son xəbərlər
Oxşar xəbərlər
X