“Bentley” tezliklə öz avtomobillərini süni intellekt elementləri olan adaptiv stəkan altlığı ilə təchiz etməyə başlayacaq.
Bu barədə “CarBuzz” məlumat yayıb.
Məlumata görə, Britaniya markası artıq yeni ixtirasını patentləşdirib.
“Bentley” qeyd edib ki, avtomobillərdəki stəkan altlıqlarının böyük əksəriyyəti standart ölçülərə malikdir, onlara qoyulan qablar isə çox müxtəlif ölçülərdə ola bilər.
Şirkətin yeni texnologiyası əsasında stəkan altlıqlarının dərinliyini müxtəlif qablara uyğunlaşdırmaqla dəyişdirmək olar.
Bundan əlavə, altlığın qapağı elektriklə çalışacaq. O içki qabının aşmasının qarşısını alaraq bağlana biləcək. Həmçinin patentdə istilik və soyutma funksiyaları da qeyd olunur.