22 C
Baku
Thursday, April 18, 2024

Avtomobillərdə katapultlu oturacaqlar quraşdırıla bilər – Video

Avtomobillərdə ilk dəfə olaraq katapult imkanı olan oturacaqlar quraşdırıla bilər.

Yeniliyə Çinin “Chery” şirkəti imza atmaq niyyətindədir.

Məlumata görə, bu, qəza qurbanlarının sayını azaltmağa kömək etməlidir. Lakin ixtira indiyə qədər bir çox suallar doğurur.

Bildirlir ki, “Chery Automobile” şirkəti artıq katapultlu avtomobil oturacağına patent almaq üçün müraciət edib.

Qeyd olunur ki, nəqliyyat vasitəsinin salondan ayrıla bilən ejektor oturacağı yol-nəqliyyat hadisəsindən əvvəl sərnişinləri havaya tullaya biləcək. Beləliklə, sərnişinlər toqquşmadan əvvəl avtomobili tərk edəcək və yəqin ki, daha təhlükəsiz yerə eniş edəcəklər.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər