14 C
Baku
Sunday, November 24, 2024

Avtomobillərin alqı-satqı zamanı qeydiyyat qaydası dəyişib

Nazirlər Kabineti “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də dəyişiklik edib.

Qüvvədə olan Əsasnaməyə əsasən, nəliyyat vasitələri və onların ehtiyat hissələrinin satışı ilə məşğul olan ticarət təşkilatlarının, komisyon mağazaların uçotunun aparılmasını, satılmış avtomobillərin yol hərəkətinə müvəqqəti buraxılması üçün “tranzit” nişanları və hesab-arayış blankları ilə təchiz olunmasını və onların sərf edilməsinə müvafiq qaydada vaxtaşırı nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirib.

Dəyişikliyə əsasən, Daxili İşlər Nazirliyinin vəzifələr sırasından nəliyyat vasitələri və onların ehtiyat hissələrinin satışı ilə məşğul olan ticarət təşkilatlarının, komisyon mağazaların hesab-arayış blankları ilə təchiz olunmasını çıxarılıb.

Son xəbərlər
Digər xəbərlər