2021-ci ilin 9 ayında avtomobillərin könüllü sığortası ürə hesablanmış sığorta haqları azalıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr aylarında avtonəqliyyat vasitələrinin sığortası üzrə 29 milyon 253 min manatlıq sığorta haqları hesablanıb. Bu, 2020-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 0.04% azdır.
2020-ci ilin yanvar-sentyabr dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 29 milyon 265 min manat sığorta haqları hesablanmışdı.
Avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər isə 2020-ci ilin ilk 9 ayında 9 milyon 637 min manatdan 2021-ci ilin ilk 9 ayına 11 milyon 161 min manata yüksəlib.