20 C
Baku
Friday, May 3, 2024

Avtomobillərin parklanmasına görə ödənişin məbləği təsdiq edildi

Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği təsdiq edilib.

Banker.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu Qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.
Bu Qərar dərc edildiyi tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.

Qeyd edilib ki, Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği əlavədə nəzərdə tutulan zonalara uyğun olaraq müəyyən edilir.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanu- nunun 53-cü maddəsinin XV hissəsinə əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.

Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”na uyğun olaraq fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar.

Sıra

№-si

 

İnzibati ərazi vahidi

 

Zona

1 saat üçün ödənişin məbləği

(manatla, ƏDV daxil)

 

 

 

 

1.

 

 

Bakı şəhəri

(“İçərişəhər” Dövlət Tarix- Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruq- larının əraziləri istisna olmaqla)

Mərkəz 1,00
I 0,70
II 0,40
III 0,30
IV ödənişsiz
 

 

2.

 

 

Sumqayıt şəhəri

Mərkəz 0,40
I 0,20
II ödənişsiz
 

 

3.

 

 

Gəncə şəhəri

Mərkəz 0,40
I 0,20
II ödənişsiz
4. Digər   ödənişsiz

Qərara əsasən, “Nəqliyyat vasitələrinin parklanmasına

görə ödənişin məbləği”nin müəyyən

edilməsi üçün zonalar aşağıdakı kimi olacaq:1. Bakı şəhəri üzrə zonalar

1.1. Mərkəz zonası

Bu zona Neftçilər prospekti, şərq istiqamətində Yusif Səfərov

küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən şimal istiqamətində Yusif

Səfərov küçəsinin Mehdi Mehdizadə küçəsi ilə kəsişməsinədək

(həmin hissə istisna olmaqla), həmin kəsişmədən qərb istiqamətində

28 May küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsinədək,

həmin kəsişmədən şimal istiqamətində Kövkəb Səfərəliyeva

küçəsinin Dilarə Əliyeva küçəsi ilə kəsişməsinədək (həmin hissə

istisna olmaqla), həmin kəsişmədən qərb istiqamətində Dilarə Əliyeva

küçəsinin Azadlıq prospekti ilə kəsişməsinədək, şimal istiqamətində

Azadlıq prospektinin Füzuli küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Abdulla Şaiq küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən

cənub-şərq istiqamətində Mirzəağa Əliyev küçəsinin Azərbaycan

prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində

Azərbaycan prospektinin İstiqlaliyyət küçəsi ilə kəsişməsinədək,

həmin kəsişmədən İstiqlaliyyət küçəsi ilə cənub-qərb istiqamətində

Lermontov küçəsi ilə davam edərək cənub istiqamətində Ziya

Yusifzadə küçəsi ilə birləşərək, Ziya Yusifzadə küçəsinin Neftçi

Qurban küçəsi ilə kəsişməsindən Neftçi Qurban küçəsinin Sara

Qədimova küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Neftçi

Qurban küçəsinin Dənizkənarı küçəsi ilə kəsişməsinədək, həmin

kəsişmədən Neftçilər prospekti ilə kəsişməsinədək olan ərazini əhatə

edir.

1.2. I zona

1.2.1. Bu zona 8 Noyabr prospekti (Yeni Bulvar ərazisi daxil

olmaqla), şərq istiqamətində Mərkəzi Bulvar küçəsi ilə kəsişməyədək,

Mərkəzi Bulvar küçəsinin 2-ci Şərq küçəsinin kəsişməsinədək, həmin

kəsişmədən 2-ci Şərq küçəsinin 6-cı Park küçəsi ilə kəsişməsinədək,

həmin kəsişmədən şimal istiqamətində Babək prospektinə, Babək

prospektindən qərb istiqamətində Yusif Səfərov küçəsinin Heydər

Əliyev prospekti ilə qovuşma yerinədək, şimal-şərq istiqamətində

Heydər Əliyev prospektinin Həsənoğlu küçəsi ilə kəsişməsinədək,

5

şimal-qərb istiqamətində Həsənoğlu küçəsinin Təbriz küçəsi ilə

kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Təbriz

küçəsinin Faiq Yusifov küçəsi ilə kəsişməsinədək, sonra isə geriyə

Təbriz küçəsinin Aşıq Molla Cümə küçəsi ilə kəsişməsinədək, həmin

kəsişmədən Aşıq Molla Cümə küçəsinin Həsən Əliyev küçəsi ilə

kəsişməsinədək (həmin hissə istisna olmaqla), həmin kəsişmədən

qərb istiqamətində Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə

kəsişməsinədək (həmin hissə istisna olmaqla), həmin kəsişmədən

cənub istiqamətində İzmir küçəsi, daha sonra İnşaatçılar prospekti ilə

davam edərək İnşaatçılar prospektinin Əbdürrəhim bəy Haqverdiyev

küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən qərb istiqamətində

Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Həsən bəy Zərdabi küçəsi ilə

kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Həsən bəy

Zərdabi küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsinədək,

həmin kəsiş-mədən Əbdülvahab Salamzadə küçəsinin Tbilisi

prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən geriyə Əbdülvahab

Salamzadə küçəsinin Həsən bəy Zərdabi küçəsi ilə kəsişməsinədək,

həmin kəsişmədən Həsən bəy Zərdabi küçəsi ilə şimal istiqamətində

20 Yanvar dairəsinədək, 20 Yanvar dairəsindən şimal-şərq

istiqamətində Rövşən Cəfərov küçəsinin Alı Mustafayev küçəsi ilə

kəsişməsinədək (3-cü mikrorayon dairəsi daxil olmaqla), həmin

kəsişmədən Alı Mustafayev küçəsinin Rəşid Məmmədov küçəsi ilə

kəsişməsinədək, həmin kəsişmədən Alı Mustafayev küçəsinin Seyid

Cəfər Pişəvəri küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal

istiqamətində Seyid Cəfər Pişəvəri küçəsi, daha sonra Cavad xan

küçəsi ilə Cavad xan küçəsinin Hüseyn Seyidzadə küçəsi ilə

kəsişməsinədək (4-cü mikrorayon dairəsi istisna olmaqla), həmin

kəsişmədən Cavad xan küçəsi, daha sonra Seyid Cəfər Pişəvəri

küçəsi ilə Seyid Cəfər Pişəvəri küçəsinin Rövşən Cəfərov küçəsi ilə

kəsişməsinədək, həmin kəsişməsindən cənub-qərb istiqamətində

Moskva prospektinədək, həmin kəsişmədən şimal istiqamətində

Moskva prospekti ilə Rəşid İsmayılov küçəsinin kəsişməsinədək,

həmin kəsişmədən şimal istiqamətində Rəşid İsmayılov küçəsi ilə

(Biləcəri dairəsi də daxil olmaqla) Rəşid İsmayılov küçəsinin Rəşid

İsmayılov 1-ci döngə küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən

cənub istiqamətində Moskva prospekti ilə Müzəffər Həsənov

küçəsinin kəsişməsinədək, Müzəffər Həsənov küçəsi ilə qərb

istiqamətində küçənin sonunadək, Müzəffər Həsənov küçəsi ilə Abbas

Mirzə Şərifzadə küçəsinin kəsişməsindən cənub istiqamətində Abbas

Mirzə Şərifzadə küçəsinin Əsəd Əhmədov küçəsi ilə kəsişməsinədək,

6

həmin kəsişmədən Əsəd Əhmədov küçəsinin Xıdır Mustafayev küçəsi

ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində birinci

döngədən qərb istiqamətində Mirzə Cabbar Məmmədzadə küçəsi ilə

kəsişməyədək, həmin kəsişmədən Mirzə Cabbar Məmmədzadə

küçəsinin Kamal Rəhimov küçəsi ilə kəsişməsinədək, həmin

kəsişmədən Vasif Əliyev küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən

Vasif Əliyev küçəsinin Kamal Rəhimov küçəsi ilə kəsişməsinədək,

həmin kəsişmədən şərq istiqamətində davam edib Akim Abbasov

küçəsinin 23-cü girişindən cənub istiqamətində Mirzə Cabbar

Məmmədzadə küçəsi ilə davam edib Mirzə Cabbar Məmmədzadə

küçəsinin 166C girişindən Vasif Əliyev küçəsi istiqamətində, daha

sonra Vasif Əliyev küçəsi ilə davam edərək, Vasif Əliyev küçəsinin

İsfəndiyar Zülalov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən

İsfəndiyar Zülalov küçəsinin Abbas Mirzə Şərifzadə küçəsi ilə

kəsişməsinədək, həmin kəsişmədən Abbas Mirzə Şərifzadə küçəsinin

Mətbuat prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən cənub

istiqamətində Mətbuat prospektinin Mikayıl Müşfiq küçəsi ilə

kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Mikayıl

Müşfiq küçəsinin Parlament prospekti ilə kəsişməsinədək, həmin

kəsişmədən cənub istiqmətində Parlament prospekti ilə Mehdi

Hüseyn küçəsinin kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Mehdi Hüseyn küçəsinin Niyazi küçəsi ilə kəsişməsinədək,

həmin kəsişmədən Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində İstiqlaliyyət küçəsinin

Azərbaycan prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən şimal

istiqamətində Azərbaycan prospekti ilə Mirzəağa Əliyev küçəsinin

kəsişməsinədək, həmin kəsişmədən qərb istiqamətində Mirzəağa

Əliyev küçəsinin Abdulla Şaiq küçəsi ilə kəsişməsinədək daha sonra

Füzuli küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən şərq istiqamətində

Füzuli küçəsi ilə Azadlıq prospektinin kəsişməsinədək, həmin

kəsişmədən cənub istiqamətində Azadlıq prospekti ilə Dilarə Əliyeva

küçəsinin kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində

Dilarə Əliyeva küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Kövkəb Səfərəliyeva

küçəsi ilə 28 May küçəsinin kəsişməsinədək, həmin kəsişmədən şərq

istiqamətində 28 May küçəsi ilə davam edib Mehdi Mehdizadə

küçəsinin Yusif Səfərov küçəsi ilə kəsişməsinədək və həmin

kəsişmədən cənub istiqamətində Yusif Səfərov küçəsinin 8 Noyabr

prospekti ilə kəsişməsinədək olan ərazini (1.1-ci bənd ilə müəyyən

edilmiş ərazilər istisna olmaqla) əhatə edir.

7

1.2.2. Bu zona, həmçinin Binəqədi şosesinin Cəfər Xəndan

küçəsi ilə kəsişməsindən şimal istiqamətində Süleyman Sani Axundov

küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində

Süleyman Sani Axundov küçəsinin Şövkət Məmmədova küçəsi ilə

kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Şövkət

Məmmədova küçəsinin Cəfər Xəndan küçəsi ilə kəsişməsinədək,

həmin kəsişmədən cənub-qərb istiqamətində Binəqədi şosesi ilə

Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan ərazini əhatə edir.

1.2.3. Bu zona, həmçinin Qara Qarayev prospektinin Ziya

Bünyadov prospekti ilə birləşmə hissəsindən başlayaraq cənub-şərq

istiqamətində Babək prospekti ilə kəsişməyədək (paralel olan Kamil

Balakişiyev küçəsi ilə Tofiq Abbasov küçəsi, Kamil Balakişiyev küçəsi

ilə Musa Əliyev küçəsi aralığında olan ərazilər də daxil olmaqla),

həmin kəsişmədən cənub istiqamətində Ukrayna dairəsinədək

(paralel olan Maarif küçəsi ilə Qaçaq Nəbi küçəsi aralığında olan

hissələr də daxil olmaqla) olan ərazini əhatə edir.

1.3. II zona

Bu zona 6-cı Park küçəsi ilə Babək prospektinin kəsişməsindən

şərq istiqamətində Babək prospektinin Qara Qarayev prospekti ilə

kəsişməsinədək, həmin kəsişmədən şimal-qərb istiqamətində Qara

Qarayev prospekti ilə Qara Qarayev prospektinin Heydər Əliyev

prospekti ilə kəsişməsinədək, Alov parkının ətrafı, qərb istiqamətində

Qara Qarayev prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsindən

Heydər Əliyev prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsinədək,

həmin kəsişmədən şimal-qərb istiqamətində Əliyar Əliyev küçəsinin

Ziya Bünyadov prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən qərb

istiqamətində Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin

kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Əhməd

Rəcəbli küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək,

həmin kəsişmədən şimal istiqamətində Bakı-Qars küçəsi ilə davam

edərək Abay küçəsi ilə kəsişmədən cənub-qərb istiqamətində

Süleyman Sani Axundov küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən

cənub istiqamətində Şövkət Məmmədova küçəsi ilə Cəfər Xandan

küçəsinin kəsişməsinədək, həmin kəsişmədən qərb istiqamətində

Cəfər Xandan küçəsi ilə Binəqədi şosesinin kəsişməsinədək, həmin

kəsişmədən şimal istiqamətində Binəqədi şosesi ilə Məsud Davudoğlu

küçəsinin kəsişməsinədək, həmin kəsişmədən şimal-qərb istiqamətində Məsud Davudoğlu küçəsi ilə Mirzə Məhəmməd xan küçəsinin

8

kəsişməsinədək, daha sonra həmin kəsişmədən şimal istiqamətində

İbrahim Sadıqlı küçəsi ilə birbaşa Həmzə Babaşov küçəsinədək, daha

sonra Həmzə Babaşov küçəsinin Adil Məmmədov küçəsi ilə

kəsişməsindən Adil Məmmədov küçəsinin Maralgöl küçəsi ilə

kəsişməsinədək, həmin kəsişmədən Mir Cəlal küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən cənub-şərq istiqamətində Moskva

prospekti ilə kəsişməyədək, həmin kəsişmədən cənub istiqamətində

Moskva prospektinin Rövşən Cəfərov küçəsi ilə kəsişməsinədək,

həmin kəsişmədən Rövşən Cəfərov küçəsinin Seyid Cəfər Pişəvəri

küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Cavad xan küçəsinin

Hüseyn Seyidzadə küçəsi ilə kəsişməsinədək (4-cü mikrorayon

dairəsi daxil olmaqla), həmin kəsişmədən Cavad xan və Seyid Cəfər

Pişəvəri küçələri ilə geriyə Alı Mustafayev küçəsi ilə Seyid Cəfər

Pişəvəri küçəsinin kəsişməsinədək, həmin kəsişmədən Alı

Mustafayev küçəsinin Rəşid Məmmədov küçəsi ilə kəsişməsinədək,

həmin kəsişmədən cənub-qərb istiqamətində Tbilisi prospektinin

Rövşən Cəfərov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub

istiqamətində Həsən bəy Zərdabi küçəsi ilə Əbdülvahab Salamzadə

küçəsinin kəsişməsinədək, həmin kəsişmədən Əbdülvahab

Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsinədək və geriyə

Əbdülvahab Salamzadə küçəsinin Həsən bəy Zərdabi küçəsi ilə

kəsişməsinədək, həmin kəsişmədən Həsən bəy Zərdabi küçəsi ilə

Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsinədək, həmin

kəsişmədən şərq istiqamətində Əbdürrəhim bəy Haqverdiyev küçəsi

ilə İnşaatçılar prospektinin kəsişməsinədək, həmin kəsişmədən şimalşərq istiqamətində İnşaatçılar prospektinin İzmir küçəsi ilə

kəsişməsinədək, həmin kəsişmədən İzmir küçəsinin Tbilisi prospekti

ilə kəsişməsinədək, həmin kəsişmədən şimal-qərb istiqamətində

Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsinədək, həmin

kəsişmədən Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə küçəsi ilə

kəsişməsinədək, həmin kəsişmədən cənub-qərb istiqamətində Aşıq

Molla Cümə küçəsinin Təbriz küçəsi ilə kəsişməsinədək, həmin

kəsişmədən şimal-şərq istiqamətində Təbriz küçəsinin Faiq Yusifov

küçəsi ilə kəsişməsinədək və geriyə Təbriz küçəsinin Həsənoğlu

küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub-şərq

istiqamətində Həsənoğlu küçəsi ilə Heydər Əliyev prospektinin

kəsişməsinədək, həmin kəsişmədən cənub-qərb istiqamətində

Heydər Əliyev prospektinin Babək prospekti ilə kəsişməsinədək,

həmin kəsişmədən Babək prospekti ilə 6-cı Park küçəsinin

9

kəsişməsinədək olan ərazini (1.2-ci bənd ilə müəyyən edilmiş ərazilər

istisna olmaqla) əhatə edir.

1.4. III zona

1.4.1. Bu zona Moskva prospektinin Dairəvi küçəsi ilə

kəsişməsindən cənub-şərq istiqamətində Moskva prospekti ilə

Müzəffər Həsənov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən

Müzəffər Həsənov küçəsinin sonunadək və geriyə Abbas Mirzə

Şərifzadə küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən cənub

istiqamətində Abbas Mirzə Şərifzadə küçəsinin Əsəd Əhmədov

küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən qərb istiqamətində

Əsəd Əhmədov, daha sonra Arif Mehdiyev küçələri ilə davam edərək

Dairəvi küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən şimal-şərq

istiqamətində Dairəvi küçəsinin Moskva prospekti ilə kəsişməsinədək

olan ərazini əhatə edir.

1.4.2. Bu zona, həmçinin Heydər Əliyev prospektinin Bəşir

Bünyadov küçəsi ilə kəsişməsindən şərq istiqamətində Bəşir

Bünyadov küçəsinin Elşən Mehdiyev küçəsi ilə kəsişməsinədək,

həmin kəsişmədən Elşən Mehdiyev küçəsi ilə Yavər Əliyev küçəsinin

kəsişməsinədək, həmin kəsişmədən Yavər Əliyev küçəsinin Nazim

İsmayılov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub-şərq

istiqamətində Nazim İsmayılov küçəsi ilə Şamil Kamilov küçəsinin

kəsişməsinədək, həmin kəsişmədən qərb istiqamətində Şamil

Kamilov küçəsi ilə Sakit Qocayev küçəsinin kəsişməsinədək, həmin

kəsişmədən cənub istiqamətində Əhməd Mehbalıyev küçəsi ilə

davam edərək Etibar Bəkirli küçəsi ilə kəsişməyədək, həmin

kəsişmədən şərq istiqamətində Etibar Bəkirli küçəsinin İlqar Musayev

küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində

Abbas Fətullayev küçəsi ilə davam edərək İnqilab İsmayılov küçəsinin

kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində İnqilab

İsmayılov küçəsinin Zığ şosesi ilə kəsişməsinədək, həmin

kəsişmədən şimal-qərb istiqamətində 8 Noyabr prospektinin Ramiz

Quliyev küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal-şərq

istiqamətində Ramiz Quliyev küçəsinin Xudu Məmmədov küçəsi ilə

kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Xudu

Məmmədov küçəsinin Rahib Məmmədov küçəsi ilə kəsişməsinədək,

həmin kəsişmədən şimal istiqamətində Rahib Məmmədov küçəsinin

Aşıq Ələsgər küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şərq

istiqamətində Ukrayna dairəsinədək (Ukrayna dairəsinin ətrafı daxil

10

olmaqla), daha sonra şimal istiqamətində Məhəmməd Hadi küçəsinin

Neapol küçəsi ilə kəsişməsindən Məhəmməd Hadi küçəsinin Babək

prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən şimal-qərb

istiqamətində Qara Qarayev prospektinin Heydər Əliyev prospekti ilə

kəsişməsinədək (1.2.1-ci və 1.2.3-cü yarımbəndlər ilə müəyyən

edilmiş ərazilər istisna olmaqla) əhatə edir.

1.5. IV zona

Bu zona digər zonaların sərhədləri ilə əhatə olunmayan əraziləri

əhatə edir.

2. Sumqayıt şəhəri üzrə zonalar

2.1. Mərkəz zonası

Bu zona Səməd Vurğun küçəsindən Heydər Əliyev prospekti,

qərb-şərq istiqamətində Ağa Quliyev küçəsinədək, Səməd Vurğun

küçəsinin Pərviz Hüseynov küçəsi ilə kəsişməsindən şimal-şərq

istiqamətində Heydər Əliyev prospektinədək, Zülfü Hacıyev küçəsi ilə

Cəlil Məmmədquluzadə küçəsindən cənub-şərq istiqamətində Hacı

Baba Salayev küçəsinədək, Polad Həşimov küçəsinin kəsişməsindən

Nəriman Nərimanov küçəsi üzrə cənub-şərq istiqamətindən Sülh

küçəsinədək, Səməd Vurğun küçəsinin 20 Yanvar küçəsi ilə

kəsişməsindən qərb istiqamətində Bakı küçəsinədək olan ərazini

əhatə edir.

2.2. I zona

Bu zona Cəlil Məmmədquluzadə küçəsi ilə Səməd Vurğun

küçəsinin kəsişməsindən qərb istiqamətinə Nəriman Nərimanov

küçəsinədək, Nəriman Nərimanov küçəsindən şimal istiqamətində

Cəfər Cabbarlı küçəsinədək, “Yeni Bulvar” yeni yol sahəsinin cənubşərq istiqamətindən Cəlil Məmmədquluzadə küçəsinədək, Çerkassi

küçəsi ilə Sülh küçəsinin kəsişməsindən cənub istiqamətində

Üzeyir Hacıbəyli küçəsinədək, Zülfü Hacıyev küçəsinin Üzeyir

Hacıbəyli küçəsi ilə kəsişməsindən qərb istiqamətində (Dəmiryol

Vağzalınadək), Bakı küçəsinin 20 Yanvar küçəsi ilə kəsişməsindən

cənub-şərq istiqamətində Sülh küçəsinədək, Zəminə Həsənova

küçəsi ilə Heydər Əliyev prospektindən cənub-qərb istiqamətində Bakı

küçəsinədək, Koroğlu küçəsi ilə Zəminə Həsənova küçəsindən cənub-şərq istiqamətində Mirzə Ələkbər Sabir küçəsinədək, ŞəmsiBədəlbəyli küçəsi ilə Zülfü Hacıyev küçəsindən hər iki tərəfdə cənubqərb istiqamətində Bakı küçəsinədək, Üzeyir Hacıbəyli küçəsinin

Niyazi küçəsi ilə kəsişməsindən cənub istiqamətində Babək küçəsinədək, Babək küçəsinin Üzeyir Hacıbəyli küçəsindən şərq istiqamətində İsmət Qayıbov küçəsi də daxil olmaqla Kamal Axundov küçəsinin kəsişməsinədək, Niyazi küçəsi ilə İsmət Qayıbov

küçəsindən cənub istiqamətində Koroğlu küçəsinədək, Koroğlu küçəsindən şərq istiqamətində General Məhəmməd Əsədov küçəsi daxil olmaqla hər iki tərəfində Kamal Axundov küçəsinədək olan əraziləri əhatə edir.

 

2.3. II zona

Bu zona digər zonaların sərhədləri ilə əhatə olunmayan əraziləri əhatə edir.

Gəncə şəhəri üzrə zonalar

 

3.1. Mərkəz zonası

Bu zona Pərviz Səmədov küçəsi istiqamətində həmin küçənin Təbriz küçəsi ilə kəsişməsinədək, Təbriz küçəsi istiqamətində Ozan küçəsi ilə Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsinədək, Mirzə Abbas Abbaszadə küçəsi istiqamətində Nəriman Nərimanov prospekti ilə kəsişməyədək, Nəriman Nərimanov prospekti istiqamətində həmin prospektin Nizami Gəncəvi prospekti ilə kəsişməsinədək, Nizami Gəncəvi prospektindən Heydər Əliyev prospekti ilə kəsişməyədək,

Heydər Əliyev prospekti istiqamətində Ruzigar Qasımov küçəsi ilə kəsişməyədək, Ruzigar Qasımov küçəsi istiqamətində Atatürk prospekti ilə kəsişməyədək, Atatürk prospekti istiqamətində Nizami Gəncəvi prospekti ilə kəsişməyədək, Nizami Gəncəvi prospekti istiqamətində Şəddadilər küçəsi ilə kəsişməyədək olan ərazini əhatə edir.

 

3.2. I zona

Bu zona Şah İsmayıl Xətai prospekti ilə Nizami Gəncəvi

prospektinin kəsişməsindən Şah İsmayıl Xətai prospekti istiqamətində

Məhsəti Gəncəvi prospekti ilə kəsişməyədək, Məhsəti Gəncəvi

prospekti istiqamətində Nizami Gəncəvi prospekti ilə kəsişməyədək,

Nizami Gəncəvi prospekti istiqamətində 28 May küçəsi ilə

kəsişməyədək, 28 May küçəsi istiqamətində Təbriz küçəsi ilə 12

kəsişməyədək, Təbriz küçəsi ilə Bağmanlar küçəsinin kəsişməsindən

həmin küçənin İsmət Qayıbov küçəsi ilə kəsişməsinədək, İsmət

Qayıbov küçəsi istiqamətində Fətulla Həsənov küçəsi ilə kəsişməyədək, Fətulla Həsənov küçəsi istiqamətində Bəxtiyar Əliyev küçəsi ilə kəsişməyədək, Bəxtiyar Əliyev küçəsi istiqamətində Əziz Əliyev prospekti ilə kəsişməyədək, Əziz Əliyev prospekti istiqamətində Nizami Gəncəvi prospekti ilə kəsişməyədək olan ərazini əhatə edir.

3.3. II zona

Bu zona digər zonaların sərhədləri ilə əhatə olunmayan əraziləri əhatə edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər