9 C
Baku
Friday, December 13, 2024

Avtomobillərin texniki baxışında YENİ QAYDA

Artıq bir müddətdir ki, avtomobillərin texniki baxışı zamanı yenilik tətbiq edilir.

Belə ki, bütün texniki Müayinə Mərkəzlərində nəqliyyat vasitələrinin alt işlək hissələri də dəqiqliklə yoxlanılır. Asqıların və sükan mexanizmlərinin nə qədər saz vəziyyətdə olması xüsusi texniki vasitələrlə müəyyən edilir.

Yeni qaydalar isə müəyyən sualların yaranmasına gətirib çıxarıb.

Ümumiyyətlə, alt işlək hissələr dedikdə hansı detallara xüsusi diqqət yetiriləcək? Həmin detalların müayinədən keçirilməsi nə dərəcədə zəruridir?

Sualları Bizim.Media üçün cavablandıran nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, alt işlək hissələr dedikdə avtomobilin asqıları nəzərdə tutulur və onların vəziyyətinin yoxlanılması təhlükəsizlik baxımından olduqca vacibdir:

“Bu hissələrin yoxlanılması olduqca önəmlidir. Xüsusilə də avtomobil manevr edərkən asqıların saz vəziyyətdə olması vacibdir. Əks təqdirdə bu, qəzaya da səbəb ola bilər”.

Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər