“Avtomotoservis” ASC 2023-cü ili 32 min manat mənfəətlə başa vurub. 2022-ci ildə şirkətin mənfəəti 44 min manat olub ki, bu da illik müqayisədə 27.3% azalma deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il ASC-nin əsas əməliyyat gəlirləri 454 min manat (əvvəlki ilə nisbətən 4% çox), satışın maya dəyəri 380 min manat (8.3% çox) təşkil edib. “Avtomotoservis”in sair əməliyyat xərcləri 8 min manat, inzibati xərcləri isə 34 min manat olub.
Hesabat dövründə şirkətin cəmi aktivləri 572 min manatdan 550 min manat, cəmi öhdəlikləri 51 min manatdan 28 min manata düşüb, cəmi kapitalı isə 521 min manat olaraq dəyişməz qalıb.
Xatırladaq ki, “Avtomotoservis” ASC 1997-ci ildə yaradılıb, nizamnamə kapitalı 521 842 manat və qanuni təmsilçisi isə Məharət Hüseynlidir.