7 C
Baku
Wednesday, December 25, 2024

Son aylarda avtosığorta şirkətlər üçün risk yaratmağa başlayıb

Azərbaycanda icbari avto-sığorta və ya avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xərclilik əmsalı yenidən sığorta şirkətləri üçün yükə çevrilməyə başlayıb.

Banker.az xəbər verir ki, icbari avtosığorta üzrə zərərlik əmsalı noyabrda 97 faizi keçib. sığorta şirkətinin ödədiyi sığorta ödənişinin toplanmış sığorta haqlarına olan nisbətini ifadə edir. Bu, sektorun nə qədər zərərlə işlədiyini və ya müştərilərə ödədiyi iddiaların səviyyəsini göstərir. Yəni belə olan halda, şirkət hər bir manatını üçün 97 qəpik xərclə üzləşir. Sığortaçı üçün xərc anlayışı yalnız sığorta ödənişindən ibarət deyil. Digər əməliyyat xərcləri və s. var.

Noyabr ayı ərzində sığorta şirkətləri 13.38 milyon manat sığorta haqqı yığdıqları halda, 13.03 mln. manat sığorta ödənişləri ediblər.  Cari ilin ümumi 11 ayı ərzində 154.17 milyon manat sığorta haqqı və 118.38 mln. manat sığorta ödənişi reallaşdırılıb ki, bu da zərərlilik nisbətinin hələ ki, 77 faizdə saxlamasını təmin edə bilir. Çünki öncəki ayların bəzilərində zərərlik əmsalı aşağı olmuşdu. Bununla belə, ötən ilin müvafiq dövründə zərərlilik əmsalı 61 faiz olmuşdu.

23423423423423423

Sığorta ödənişləri aşağı-yuxarı öncəki aylarla müqayisədə eyni qalsa da, ödənişlər son aylarda artıımla davam etməsi onlar üçün bu biznesdə zərərlik yükünü aktuallaşdırır. Tənzimləyici mandatı olan Mərkəzi Bank bu bazar üçün 2022-ci ildən bu tərəfə sərt qaydalar qoymağa başlayıb. Ödəniş qaydası dəyişib. Həmin dövrə qədər şirkətlərin bir çoxu məhz bu biznesdə zərərliliyin yüksək olmasından qaçaraq bəzi hallarda sığortalamaqdan imtina edirdilər. İndi sığorta şirkəti kiçikhəcmli nəqliyyat vasitələrini ofislərinə dəvət edib, ona baxış keçirmək kimi arxaik metoddan məhrumdurlar. Hər şey onlayn qaydada aparılır. Mərkəzi Bank həmçinin müştəri şikayəti indeksini açıqlayaraq aylıq onu öz rəsmi səhifəsində dərc edir.

Əlavə olaraq, bu dəyişmədən sonra zərərlilik əmsalı aşağı düşməyə başlamışdı. Təqribən aylıq olaraq 60-70 faiz diapazonunda dəyişirdi ki, bu da dünya standartında götürülmüş bençmarka uyğundur. Belə görünür, bu trendin indiki qaydada getməsi sığorta şirkətləri üçün

 

Son xəbərlər
Digər xəbərlər