Rusiyanın “AvtoVAZ” şirkəti iyunun 26-dan avqustun 15-dək avtomobil istehsalını dayandıracaq.
Bu barədə şirkətin məlumatında deyilir.
“Şirkət 26 iyul – 15 avqust 2021-ci il tarixləri arasında planlaşdırılmış tətilə gedir. Eyni zamanda, “Lada İjevsk” avtomobil zavodu da korporativ tətilə çıxır. Avqustun 16-da “AvtoVAZ” Qrupu istehsal fəaliyyətini bərpa edəcək”, – məlumatda deyilir.
Qeyd edək ki, “AvtoVAZ” planlı tətilin elektron avtomobil komponentlərinin çatışmazlığı ilə əlaqəli olmadığını bildirib.
Xatırladaq ki, bu yay “AvtoVAZ” komponent çatışmazlığı səbəbindən beş dəfə istehsalı dayandırıb.