6 C
Baku
Sunday, December 15, 2024

“AvtoVAZ” qiymətləri artırdı: tələbin azalmayacağını düşünür

Rusiyanın aparıcı avtomobil istehsalçılarından olan “AvtoVAZ” şirkəti 2018-ci ilin əvvəlindən satış qiymətlərini artırıb.

Bu barədə TASS agentliyi xəbər verir.

“Ortalama artım 2,5% təşkil edib və bütün “AvtoVAZ” qrupuna təsir göstərib. Biz tələbin azalacağını proqnozlaşdırmırıq. Bütün istehsalçılar adətən yeni istehsal ilində avtomobillərin qiymətlərini artırır. Odur ki, qiymət rəqabətində uduzmuruq”, – şirkətin məlumatında qeyd olunub.

Xatırladaq ki, “AvtoVAZ” 2017-ci ilin əvvəlində “Lada” avtomobillərinin qiymətini qaldırmışdı. Həmin vaxt bütün modellər üzrə artım 1,5-3% təşkil etmişdi.

“AvtoVAZ” Qrupu “Renault”-“Nissan”-“Mitsubishi” ittifaqının üzvüdür və “Lada”, “Renault”, “Datsun” brendləri altında da maşın istehsal edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər