“AvtoVAZ” Rusiyanın mülkiyyətinə keçən Sankt-Peterburqdakı keçmiş “Nissan” zavodunun alınması ilə bağlı müqavilənin bağlandığını elan edib. Müvafiq sənəd “AvtoVAZ”ın prezidenti Maksim Sokolov və “NAMI”nin (baş direktoru Fyodor Nazarov tərəfindən imzalanıb.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Eyni zamanda, bağlanmış müqavilə gələcəkdə müvafiq qərar qəbul edilərsə və Rusiya hökuməti tərəfindən təsdiqlənərsə, “Nissan”ın Rusiyadakı keçmiş aktivlərini 6 il ərzində geri almaq imkanını özündə saxlayır.
2022-ci ilin oktyabr ayında “Nissan”ın Rusiyadakı aktivlərinin 100%-i ölkənin Sənaye və Ticarət Nazirliyinin tabeliyində olan “NAMI”yə verilib. Dekabrda “AvtoVAZ” Sankt-Peterburqdakı keçmiş “Nissan” zavodunun müəssisələrində avtomobillərin istehsalı üzrə layihənin başlandığını elan edib. Şirkət 2023-cü ilin ikinci yarısında istehsala başlamağı və ilin sonuna qədər 10 000-ə qədər avtomobil istehsal etməyi planlaşdırır.