“AvtoVAZ”ın həm Rusiya bazarı, həm də ixracı daxil olmaqla qlobal satışları 2022-ci ilin birinci rübündə 33,1% azalaraq 60,6 min avtomobil təşkil edib.
Bu barədə Volqa Avtomobil Zavodunun əsas səhmdarı olan “Renault” şirkətlər qrupu məlumat yayıb.
Avropa Biznes Assosiasiyasının məlumatına görə, yanvar-mart aylarında Rusiyada bu istehsalçının 52,7 min avtomobili satılıb (keçən illə müqayisədə 37% az).
Bununla da, birinci rübdə “Lada”nın ixrac satışları demək olar ki, 7,9 min ədəd təşkil edib. Eyni zamanda, “Renault” avtomobil qrupunun “AvtoVAZ”da iştirakdan rüb üzrə əldə etdiyi gəlir illik müqayisədə 23,1% azalaraq 527 mln. avroya enib.
Həmçinin, cari ilin ilk üç ayı ərzində qrupun ümumi gəliri illik ifadədə 2,7% azalaraq 9,748 mlrd. avro təşkil edib.