10 C
Baku
Sunday, December 22, 2024

Awesome osilyator: Nədir? Necə işləyir?

Bu ossilyator son 34 qiymət barının hərəkətverici qüvvəsini axırıncı 5 qiymət barı ilə müqayisə edərək, mövcud vəziyyətdə bazarda hərəkətverici qüvvəni müəyyən dir. İndikator qrafikində yaşıl rənglə özündən əvvəlki göstərici ilə müqayisədə artan indikator xətləri, qırmızı rənglə isə özündən əvvəlki göstərici ilə müqayisədə azalan indikator xətləri işarə edir.

Awesome ossilyator 3 satış və 3 alış siqnalı verir. Awesome siqnallarını müəyyən tendensiyaya sahib bazarlarda daha güclü nəticələr verdiyi müşahidə olunur. Bu göstəricilərdən daha məhsuldar şəkildə faydalanmanın yolu Fraktal və alliqator siqnallarını gözləməkdir.

Awesome osilyatorundan istifadənin əsas qaydaları belədir: Bir əvvəlki şama görə yuxarı hərəkətlərdə alış, aşağı hərəkətlərdə satış əməliyyatları həyata keçirilir.

1) ALIŞ SİQNALI

Ossilyator qrafiki 0 səviyyəsindən yuxarı olduğu zaman indikator histoqramlarının azalan istiqamətdən artan istiqamətə döndüyü zaman “Alış” siqnalı verir. Siqnal əmələ gələrkən A şamı B şamından böyük və hər hansı bir rəngdə ola bilər. B şamı qırmızı, C şamı isə mütləq yaşıl olmalıdır. Siqnal şamının formalaşması alış mövqeyi üçün uyğun vəziyyətdir.

Siqnal şamının formalaşdıqdan sonra müvafiq barın maksimum səviyyəsindən 1 point yuxarı da Buy Stop əmri yerləşdirilir. Ossilyator üzrə bu siqnalın yaranması özündən əvvəlki bütün ticarət siqnalların ləğv edir.

 

1

2) SATIŞ SİQNALI

Satış siqnalı, alış siqnalının tam tərsidir. Ossilyator göstəriciləri 0 səviyyəsindən aşağıda olduğu zaman indikator histoqramlarının artan istiqamətdən azalan istiqamətə dönüş etdikdə “satış siqnalı” əmələ gəlir. Siqnal formalaşdıqda A şamı B şamından kiçik və hər hansı bir rəngdə ola bilər. B şamı yaşıl, C şamı mütləq qırmızı olmalıdır. Siqnal şamı yarandıqdan sonra müvafiq barın minimum səviyyəsindən 1 point aşağıda Sell Stop əmri yerləşdirilir. Ossilyator üzrə bu siqnalın yaranması özündən əvvəlki bütün ticarət siqnallarını ləğv edir.

awesome 2

 

Mənbə: Banker.az və Investaz

Son xəbərlər
Digər xəbərlər