8 C
Baku
Wednesday, October 30, 2024

“AXA MBASK” mənfəətdən zərərə keçib

Dünyanın ən iri sığorta şirkətlərindən biri olan “AXA Group”nun Azərbaycandakı törəməsi olan “AXA MBASK” ASC sığorta şirkəti ötən ili zərərlə başa vurub.

Banker.az əldə etdiyi məlumata görə, bu barədə Sığorta Şirkətinin 2017-ci ilin yekunlarına dair hesabatında qeyd edilib.

Hesabata görə, 2017-ci ilin 4 rübünü “AXA MBASK” 27,34 mln. gəlir əldə edib ki, bu da hesabat dövründən öncəki dövürlə müqayisədə 2 mln. manata yaxın daha çox gəlir olması deməkdir. Bunlarla yanaşı Sığorta Şirkətinin xərclərindəki artım 2 mln. manat daha çox olub və beləliklə ilin 4 rübünü 368 min manat zərərlə tamamlayıb. Qeyd edək ki, Qurum 2016-ci ildə 404 min manata yaxın mənfəətlə bitirmişdi.

Sığorta şirkətinin digər mənfi göstəricisi isə aktivlərindədir. Belə ki, ötən ilin əvvəli ilə müqayisədə 12 ayın sonunda cəmi aktivləri 4,52 mln. manat, yəni, 11 faiz azalaraq 33,77 mln. manat həddinə düşüb. Əsas azalma səbəbi kimi Cəmi qısamüddətli aktivlər”indədir. “AXA MBASK”-nin cəmi qısamüddətli aktivlər 5 mln. manat azalmaqla 24 mln. manat təşkil edib.

Hazırda cəmi kapitalı 18,6 mln. manat, nizamnamə kapitalı isə 19,73 mln. manat təşkil edir.

Qeyd edək ki, Azərbaycan sığorta bazarında bir neçə sığorta şirkətinin yaradılmasında və idarə edilməsində iştirak etmiş iş adamı Elxan Qəribli “AXA Qrupun” Azərbaycandakı törəmə şirkəti olan “AXA MBASK”ın 100% səhmlərini almaq haqqında Qrup ilə razılığa gəlib.

Son xəbərlər
Digər xəbərlər