14 C
Baku
Thursday, March 28, 2024

‘AXA’ Azərbaycanda fəaliyyətini dayandırır

AXA-nın Azərbaycandakı qeyri-həyat sığorta şirkətinin (AXA MBASK Sığorta Şirkəti ASC) satılması barədə Elxan Qəribli ilə bağlandığı 21 may 2018-ci il tarixdə elan edilən niyyət sazişi qüvvədən düşmüşdür.

Banker.az-ın xəbərinə görə, AXA MBASK Sığorta Şirkəti hazırda yeni sığorta işləri yazmağı dayandırmışdır və bundan sonra Azərbaycandakı mövcud müştərilərin maraqlarını ən yüksək səviyyədə təmin etmək şərti ilə mümkün olan müddətdə Azərbaycandakı fəaliyyətinə xitam vermək məqsədilə yalnız mövcud portfeli idarə edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər