Azərbaycan bazarını tərk etməkdə olan “AXA MBASK Sığorta Şirkəti” ASC Baş ofisinin ünvanını dəyişib.
Şirkət bildirir ki, cəmiyyətin baş ofisi 2019-cu il aprelin 1-dən etibarən onun hüquqi ünvanı olan Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 80/9 nömrəli ünvana köçmüş və hazırda həmin ünvanda fəaliyyət göstərir. Banker.az bildirir ki, bunu Fed.az yazır.
İndiyədək şirkətin Baş ofisi Bakı şəhəri, Nobel pr, 15 ünvanında yerləşən “Azure” biznes mərkəzinin 1-ci və 2-ci mərtəbələrində yerləşirdi. Görünür, şirkət bu addımı xərclərinin optimallaşdırılması məqsədi üçün atıb.
Xəbər verdiyimiz kimi, Fransanın “AXA” sığorta qrupu Azərbaycan bazarını tərk etməkdə olduğunu rəsmən açıqlayıb.
AXA-nın Azərbaycandakı qeyri-həyat sığorta şirkətinin (AXA MBASK Sığorta Şirkəti ASC) satılması barədə Elxan Qəribli ilə bağlandığı 21 may 2018-ci il tarixdə elan edilən niyyət sazişi qüvvədən düşmüşdür.
“AXA MBASK Sığorta Şirkəti hazırda yeni sığorta işləri yazmağı dayandırmışdır və bundan sonra Azərbaycandakı mövcud müştərilərin maraqlarını ən yüksək səviyyədə təmin etmək şərti ilə mümkün olan müddətdə Azərbaycandakı fəaliyyətinə xitam vermək məqsədilə yalnız mövcud portfeli idarə edəcəkdir”,- şirkətin 04 Aprel 2019-cu il tarixində yaydığı məlumatında deyilir.
marja