12 C
Baku
Monday, November 18, 2024

“AXA MBASK”adı satışdan sonra dəyişəcək

Xəbər verdiyimiz kimi, “AXA MBASK” sığorta şirkətinin sahibi dəyişir. Şirkətin Direktorlar Şurasının sədri Eldar Qəribov AXA Qrupun Azərbaycandakı törəmə şirkətinin 100% səhmlərini almaq haqqında Qrup ilə razılığa gəlib.

Satış prosesi yekunlaşandan sonra sığorta şirkətinin adı dəyişəcək. Belə ki, şirkət Azərbaycan bazarında əvvəlki “MBASK” adı ilə təmsil olunacaq.

Qeyd edək ki, sığorta şirkəti 1992-ci ildən 2010-cu ilə kimi “MBASK” adlanıb. 2010-cu ildə isə “AXA Group”un şirkətin səhmlərinin 51%-ni alması ilə “AXA MBASK” adlanıb.


©Fins.az

Son xəbərlər
Digər xəbərlər