19 C
Baku
Friday, November 1, 2024

“AXA Mbask”da rəhbər vəzifələrə təyinatlar olacaq

AXA-Mbask” Sığorta Şirkəti ASC-nin dekabrın 13-də səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

Yığıncaq Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunda (Salıpazarı, Mebusan küçəsi,15 ünvanında) baş tutacaq.

Yığıncağın gündəliyinə rəhbər vəzifələrə təyinatlar məsələsi daxildir.

Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 19 733 738 manatdır. Şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur.

Report

Son xəbərlər
Digər xəbərlər