Son günlərdə vəziyyəti yaxşı olmayan “AXA MBASK” Sığorta Şirkətindəki vəziyyət ucbatından kadr axını davam edir.
Banker.az xəbər verir ki, bunlardan biri də 7 il bu şirkətdə Satış Departamenti direktoru kimi çalışan Əliağa Nağıyevdir.
Nağıyev “Axa MBASK”-ı tərkindən 1 ay keçməmiş artıq yeni iş yeri məlum olub. Məlumata görə, adıçəkilən şəxs sığorta bazarının ən böyük iştirakçısı olan “PAŞA Sığorta” ASC-yə Komersiya direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Nağıyev 2008-ci ildə “Axa MBASK”a Təkrarsığortanın idarə olunması üzrə üzrə anderayter və 2012-ci ildə isə Satış Direktoru təyin olunmuşdu.