Sığorta agentləri məhkəməyə verilib

0

İddiaçı qismində çıxış edən “AXA MBASK” Sığorta Şirkəti ASC cavabdeh Quliyev Sənan Etibar oğluna qarşı iddia ərizəsi ilə 08.04.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Quliyev Sənan Etibar oğlundan AXA MBASK” Sığorta Şirkəti ASC-nin xeyrinə cəm olaraq  61876.73 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.

Banker.az xəbər verir ki, iddiaçı bununla bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Tələb onunla əsaslandırılmışdır ki, “AXA MBASK” Sığorta Şirkəti ilə Quliyev Sənan Etibar oğlu arasında bağlanmış sığorta xidməti haqqında agent müqaviləsinin şərtlərinə əsasən cavabdeh iddiaçının sığorta agenti kimi fəaliyyət göstərərək ona sığortaçının adından sığorta müqaviləsi bağlamaq səlahiyyəti verilmişdir. Lakin cavabdeh avtonəqliyyat
vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanmış müqavilələrin tam dəyərini sığortaçıya ödəməyib. Belə ki, cavabdehlə bağlanmış “Sığorta haqları üzrə debitor borcun ödənilməsi barədə” 13.09.2013-cü il tarixli razılaşma protokoluna əsasən cavabdeh 53042,17 manat borcu etiraf edir və sözügedən protokolun 3-cü bəndinə əsasən 3 ay ərzində borcu iddiaçıya tam ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu günə kimi öhdəliyini tam icra etməmiş və 20974,46 manat məbləğində borcu qalmışdır. Həmçinin sığorta haqlarının sığortaçıya ötürülməsi gecikdirildiyinə görə 15.11.2018-ci il tarixinə cavabdehin ödəməli olduğ dəbbə pulu 40871,88 manat təşkil edir.

12.06.2019-cu il tarixli məhkəmə iclasında Xəlilov Emil Mətləb oğlu, Cəfərov Cəfər Eyub oğlu və Cəfərov Cəmil Eyyub oğlu iddiaçının müvafiq vəsatəti əsasında cavabdeh qismində məhkəmə icraatına cəlb ediliblər.

Beləliklə məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla, eləcə də tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, hazırki mübahisə üzrə tərəflər arasında 17 may 2012-ci il tarixli müqavilə ilə yaranmış sığorta hüquq münasibətlərinə 2013-cü ildə xitam verilmişdir. Qeyd olunan borcla bağlı isə iddiaçı məhkəməyə 08.04.2019-cu il tarixdə, yəni təxminən 6 il sonra müraciət etmişdir və bu illər ərzində məhkəməyə heç bir müraciət etməyib.

Məhkəmə isə öz növbəsində İddiaçı “AXA MBASK” ın cavabdehlər qarşı borcun ödənilməsi tələbinə dair iddia təmin edilməməsi qərarına gəlib.